Menyu

DTX: Saxta “WhatsApp” hesabları ilə vətəndaşlar hədəfə alınır

Əsəd Abbaslı
DTX: Saxta “WhatsApp” hesabları ilə vətəndaşlar hədəfə alınır
Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti ölkə vətəndaşlarına kiberdələduzluq halları ilə bağlı xəbərdarlıq edib.

Operativ Media xəbər verir ki, son vaxtlar Azərbaycan mobil operatorlarına aid nömrələrdən istifadə edilməklə saxta sosial şəbəkə və ani mesajlaşma hesabları yaradılır. Bu hesablardan əsasən dövlət qulluqçuları, müxtəlif müəssisə və təşkilatların əməkdaşları hədəf alınır.

DTX-nin məlumatına görə, xarici vətəndaşların rəhbərlik etdiyi mütəşəkkil kibercinayətkar qruplaşmalar xüsusi proqramlar vasitəsilə dövlət qurumlarının və müxtəlif təşkilatların rəsmi internet səhifələrindən əməkdaşların əlaqə nömrələrini əldə edirlər.

Daha sonra həmin şəxslərə “WhatsApp” vasitəsilə qurum rəhbərlərinin fotoşəkillərindən istifadə olunmaqla yaradılmış saxta hesablardan mesajlar göndərilir. Mesajlarda guya təcili tapşırıq verilir, şəxslər hüquq-mühafizə orqanlarının adından yaradılmış digər saxta hesablara yönləndirilir və xarici hesablara pul köçürmələri tələb olunur.

DTX bildirib ki, başlanılmış əməliyyat-istintaq tədbirləri çərçivəsində cinayət əməllərində iştirak edən bəzi şəxslər müəyyənləşdirilib və onlar barəsində beynəlxalq hüquqi prosedurlar başladılıb.

Hazırda xarici dövlətlərin aidiyyəti qurumları, beynəlxalq texnologiya şirkətlərinin təhlükəsizlik bölmələri və platforma operatorları ilə birlikdə cinayətkar şəbəkə üzvlərinin tam ifşa olunması istiqamətində tədbirlər davam etdirilir.

DTX vətəndaşları sosial şəbəkələr və ani mesajlaşma platformalarında şübhəli əlaqələrə qarşı diqqətli olmağa, belə hallarla qarşılaşdıqda isə dövlət orqanlarını vaxtında məlumatlandırmağa çağırıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər