Menyu

"Sabah"ın yarımmüdafiəçisi: İnanıram ki, mərhələni adlayan tərəf biz olacağıq

Operativ Media
"Sabah"ın yarımmüdafiəçisi: İnanıram ki, mərhələni adlayan tərəf biz olacağıq

"Sabah"ın yarımmüdafiəçisi İvan Lepinitsa UEFA Çempionlar Liqası III təsnifat mərhələsinin "Orhus"la matçından öncə keçirilən mətbuat konfransında iştirak edib.

Operativ Media xorvatiyalı futbolçunun fikirlərini diqqətinizə çatdırır:

"Səfərdə çox yaxşı oynadıq. Rəqibin cərimə meydançası kənarından iki fürsəti oldu, onlardan da yararlandılar. Onların başqa şansları olmadı. Evdəki matça səfərdəkindən daha yaxşı hazırlaşmışıq. Özümüzə inanırıq. Sabah yaxşı oyun olacaq. Qarşılaşma 90 dəqiqə də ola bilər, əlavə vaxta da gedə bilər. İnanıram ki, mərhələni adlayan tərəf biz olacağıq".

Qeyd edək ki, "Sabah" - "Orhus" qarşılaşması sabah "Bank Respublika Arena"da keçiriləcək və saat 20:00-da start götürəcək. Komandalar arasında Danimarkada baş tutan oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər