Menyu

Serxio Buskets "Barselona"nın əvəzedici komandasında çalışacaq

Operativ Media
Serxio Buskets "Barselona"nın əvəzedici komandasında çalışacaq

​"Barselona" klubunun sabiq yarımmüdafiəçisi Serxio Buskets kataloniyalıların əvəzedici komandasında məşqçi vəzifəsini yerinə yetirəcək.

​Operativ Media xəbər verir ki, 38 yaşlı ispaniyalı mütəxəssis "Barselona Atletik"in baş məşqçisi Culiano Bellettinin köməkçisi kimi fəaliyyət göstərəcək. 50 yaşlı braziliyalı mütəxəssis 2025-ci ildən bəri bu kollektivə rəhbərlik edir.

​2025-ci ildə futbolçu karyerasını başa vuran Serxio Buskets 2006–2023-cü illərdə "Barselona"nın şərəfini qoruyub, daha sonra MLS təmsilçisi "İnter Mayami"yə keçərək karyerasını məhz həmin klubda yekunlaşdırıb.

O, doqquz dəfə İspaniya çempionu, üç dəfə UEFA Çempionlar Liqasının, üç dəfə UEFA Superkubokunun və üç dəfə klublararası dünya çempionatının qalibi olub, həmçinin yeddi dəfə İspaniya Kubokunu və yeddi dəfə ölkə Superkubokunu başı üzərinə qaldırıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər