Menyu

TAU-nun 7 tələbəsi Türkiyədə yay təcrübə proqramına göndərilib

Operativ Media
TAU-nun 7 tələbəsi Türkiyədə yay təcrübə proqramına göndərilib
1 dəq oxu

Türkiyə-Azərbaycan Universitetinin (TAU) 7 tələbəsi Türkiyədə istehsalat təcrübəsinə göndərilib.

Operativ Media TAU-ya istinadən xəbər verir ki, universitetin tədris proqramına əsasən, istehsalat təcrübəsi II kursun yay semestrində həyata keçirilib.

Akademik göstəriciləri və ümumi orta müvəffəqiyyət balı yüksək olan TAU-nun kompüter mühəndisliyi ixtisasının III kurs tələbələri Aytac Hüseynli, Humay Harunova, Fərhad Səfərli, Həsənbəy Həmidov, İbrahim Bayramov, Coşqun Qasımlı və II kurs tələbəsi Tuncay Qafarlı (əlavə olaraq, TÜBİTAK-ın layihəsində də çalışır) Orta Doğu Texniki Universitetində (ODTÜ) hazırda yay təcrübə proqramında iştirak edirlər. 

Təcrübə proqramı çərçivəsində tələbələrin yol, yaşayış və digər xərcləri dövlət tərəfindən tam şəkildə maliyyələşdirilir.

Əlaqəli Xəbərlər