Menyu

"Real"ın hücumçusu karyerasını Fransada davam etdirəcək

Operativ Media
"Real"ın hücumçusu karyerasını Fransada davam etdirəcək
1 dəq oxu

​"Real Madrid"in gənc hücumçusu Yakobo Orteqa rəsmən Fransa təmsilçisi "Strasbur" klubuna transfer olunub.

​Operativ Media xəbər verir ki, 20 yaşlı ispaniyalı futbolçu yeni komandası ilə 2031-ci ilin yayına qədər nəzərdə tutulan uzunmüddətli müqavilə imzalayıb. "Transfermarkt" portalının qiymətləndirməsinə əsasən, bu keçid 10 milyon avro dəyərində qiymətləndirilib.

​İspaniya KİV-in məlumatına görə, əsas komandanın heyətində bir dəfə də olsun meydana çıxmayan yetirmənin satışı "kral klubu"nun tarixində rekord göstərici olub. Qeyd edək ki, gənc forvard "Real"ın əvəzedici heyətinin formasında çıxış etdiyi 18 qarşılaşmada 6 dəfə rəqib qapısına yol tapıb.

Əlaqəli Xəbərlər