Menyu

Qeyri-sabit hava şəraiti bazarda qiymətlərə təsir edib - VİDEO

Operativ Media
Qeyri-sabit hava şəraiti bazarda qiymətlərə təsir edib - VİDEO

Bakının 8-ci km bazarında havaların qeyri-sabit keçməsi fonunda bəzi tərəvəzlərin qiymətində artım müşahidə olunur.

Operativ Media "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, satıcıların sözlərinə görə, xüsusilə pomidor, xiyar və kartofun qiymətinə bölgələrdəki hava şəraiti təsir edib.

Hazırda Tovuz kartofunun kiloqramı 1 manat 90 qəpik, Ağdam kartofunun kiloqramı isə 50-65 qəpik arasında satılır. Satıcılar Şəmkir və Gədəbəy kartofunun hazırda satışda olmadığını bildiriblər.

Pomidorun qiyməti 1,30-1,50 manat, badımcanın qiyməti isə 80 qəpik-1 manat arasında dəyişir. Lobyanın qiymətində 20-30 qəpik artım olduğu, soğanın isə 3 kiloqramının 2 manata satıldığı qeyd olunur.

Yemişin kiloqramı 70 qəpik, qarpızın kiloqramı 50-70 qəpik, göyərtinin isə pərakəndə qiyməti 20 qəpik təşkil edir.

Ətraflı videoda:

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər