Menyu

"Mançester Siti" Enso Fernandesin transferi üzrə danışıqları bərpa edir

Operativ Media
"Mançester Siti" Enso Fernandesin transferi üzrə danışıqları bərpa edir

​"Mançester Siti" klubu "Çelsi"nin yarımmüdafiəçisi Enso Fernendesi heyətinə qatmaq niyyətindən əl çəkməyib və tərəflər arasında müzakirələr yaxın günlərdə yenidən başlayacaq.

​Operativ Media xəbər verir ki, bu barədə  AS nəşri məlumat yayıb.

Məlumata görə, argentinalı futbolçunun transferində marağın qorunub saxlanılması "şəhərlilər"in baş məşqçisi Enso Mareskanın şəxsi istəyi ilə bağlıdır. Futbolçunun özü də məşqçi Enso Mareska ilə yenidən birgə çalışmaq üçün bu keçidə maraq göstərir.

​Oyunçunun komandadan gedişini sürətləndirmək məqsədilə "Çelsi"nin idman direktorları məşhur agent Jorje Mendeşi prosesə cəlb ediblər – o, həmçinin futbolçunun London klubuna transferində də iştirak edib və indi cari danışıqlarda rol oynayır. Bu məsələdə klubun sahibi Behdad Eqbali də maraqlıdır. Xatırladaq ki, Enso Fernandes 2023-cü ilin yanvarından bəri "Çelsi"nin şərəfini qoruyur və onun klubla qüvvədə olan müqaviləsi 2032-ci ilin yayına qədər nəzərdə tutulub.

"Transfermarkt" portalının qiymətləndirməsinə görə, idmançının bazar dəyəri 100 milyon avro təşkil edir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər