Menyu

AYNA bir sıra şəhərlərarası və şəhərdaxili avtobus marşrutlarını müsabiqəyə çıxarır

Operativ Media
AYNA bir sıra şəhərlərarası və şəhərdaxili avtobus marşrutlarını müsabiqəyə çıxarır

AYNA müxtəlif istiqamətlər üzrə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır.

Operativ Media xəbər verir ki, müsabiqəyə çıxarılan şəhərlərarası xətlərə Bakı-İmişli, Bakı-Qusar, Bakı-Quba, Bakı-Xudat, Sumqayıt-Quba, Gəncə-Horadiz, Mingəçevir-Gəncə, Mingəçevir-Ağdam, Şəki-Bərdə, Şəki-Qəbələ, Qəbələ-Mingəçevir, Bərdə-İmişli, Tərtər-Mingəçevir, Ağcabədi-Gəncə və Zərdab-Mingəçevir marşrutları daxildir.

Bundan əlavə, şəhərətrafı üzrə 161, 162, 166, 108A, 118A, 218, 522A və 522B nömrəli, şəhərdaxili üzrə isə 51 nömrəli marşrut xətti də müsabiqəyə təqdim olunub.

Qeyd olunub ki, məqsəd sərnişinlərə göstərilən nəqliyyat xidmətlərinin keyfiyyətini artırmaq və marşrutlar üzrə təhlükəsiz daşımaları təmin etməkdir.

Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumat üçün keçid edin.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər