Müəllimlərin maaşının şagird nəticələrinə bağlanması müzakirə olunur
Müəllimlərin maaşının şagirdlərin imtahan nəticələrinə uyğun müəyyənləşdirilməsi ilə bağlı təkliflər cəmiyyətdə müzakirələrə səbəb olub.
Operativ Media "İctimai TV"yə istinadən xəbər verir ki, ekspertlər müəllimin fəaliyyətinin yalnız şagird nəticələri əsasında qiymətləndirilməsinin doğru yanaşma olmadığını bildirirlər.
Onların sözlərinə görə, imtahan stresi, sualların çətinlik və obyektivlik səviyyəsi, sinifdəki şagird sayı və onların fərdi hazırlığı yekun nəticəyə təsir göstərən amillərdəndir.
Ekspertlər hesab edirlər ki, şagirdlərin yüksək nəticələrinə görə müəllimlərə əlavə mükafatların verilməsi tətbiq oluna bilər, lakin maaşın birbaşa imtahan nəticələrinə bağlanması real görünmür.
Dünyanın bəzi ölkələrində şagirdlərin göstəricilərinə əsasən müəllimlər üçün bonus sistemləri tətbiq olunur. ABŞ-ın bəzi məktəblərində, Hindistanın bir sıra ştatlarında və Çilidə bu modelə rast gəlinir. Bununla belə, müəllim maaşının birbaşa şagird nəticələrinə bağlanması geniş yayılmış praktika deyil.
Hazırda Azərbaycanda dövlət ümumi təhsil müəssisələrində müəllimlərin əməkhaqqı əsasən dərs yükü, pedaqoji staj, təhsil səviyyəsi, sertifikatlaşdırma nəticələri və digər meyarlar əsasında hesablanır.
Ətraflı videoda: