"Real"ın hücumçusu karyerasını Fransada davam etdirəcək
Operativ Media
"Real Madrid"in gənc hücumçusu Yakobo Orteqa rəsmən Fransa təmsilçisi "Strasbur" klubuna transfer olunub.
Operativ Media xəbər verir ki, 20 yaşlı ispaniyalı futbolçu yeni komandası ilə 2031-ci ilin yayına qədər nəzərdə tutulan uzunmüddətli müqavilə imzalayıb. "Transfermarkt" portalının qiymətləndirməsinə əsasən, bu keçid 10 milyon avro dəyərində qiymətləndirilib.
İspaniya KİV-in məlumatına görə, əsas komandanın heyətində bir dəfə də olsun meydana çıxmayan yetirmənin satışı "kral klubu"nun tarixində rekord göstərici olub. Qeyd edək ki, gənc forvard "Real"ın əvəzedici heyətinin formasında çıxış etdiyi 18 qarşılaşmada 6 dəfə rəqib qapısına yol tapıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net