Menyu

Azərbaycan və Özbəkistan XİN-ləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib

Operativ Media
Azərbaycan və Özbəkistan XİN-ləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib

19 avqust tarixində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Samir Şərifov Özbəkistanda səfərdə olub.

XİN-dən Operativ Media-ya verilən məlumata görə, səfər çərçivəsində nazir müavini Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov tərəfindən qəbul edilib.

Görüş zamanı, iki dövlət arasında strateji müttəfiqlikdən irəli gələn məsələlər müzakirə olunub. Azərbaycan və Özbəkistan arasında qardaşlıq və dostluq münasibətlərinə söykənən müttəfiqliyin inkişafında iki ölkənin liderlərinin intensiv təmaslarının əhəmiyyəti xüsusilə vurğulanıb.

Daha sonra, Azərbaycan Respublikası və Özbəkistan Respublikasının Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.

Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən nazir müavini Samir Şərifov, Özbəkistan tərəfindən isə xarici işlər nazirinin müavini Bobur Usmanov rəhbərlik edib.

Məsləhətləşmələr zamanı ikitərəfli siyasi dialoqun müsbət dinamikası vurğulanıb, həmçinin, Hökumətlərarası Komissiyanın və siyasi məsləhətləşmələr mexanizminin vacib rolu qeyd edilib.

Eyni zamanda, əldə olunmuş razılaşmaların icra vəziyyəti, habelə ticarət - iqtisadi, energetika, nəqliyyat və logistika, humanitar və digər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.

Bununla yanaşı, regional və beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, Türk Dövlətləri Təşkilatı, Qoşulmama Hərəkatı və digər çoxtərəfli platformalar çərçivəsində sıx qarşılıqlı fəaliyyət məsələləri nəzərdən keçirilib.

Məsləhətləşmələr çərçivəsində həmçinin qarşılıqlı maraq kəsb edən digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər