Menyu

Naxçıvanda avtomobil 2 motosikletlə toqquşub

Operativ Media
Naxçıvanda avtomobil 2 motosikletlə toqquşub
Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib.

Operativ Media xəbər verir ki, Şəkərabad kəndi yolunda "Chevrolet" markalı avtomobil dönmə manevri edərkən iki motosikletlə toqquşub.

Qəza nəticəsində 1993-cü il təvəllüdlü Əliyev İmran Rafiq oğlu, 2005-ci il təvəllüdlü Ümmətov Kamil Nəsimi oğlu və 2004-cü il təvəllüdlü Cəfərov Rəhim Niyaməddin oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər