Menyu

Laçındakı “Mişni” və “Alxaslı” KSES-lərdə istehsal olunan elektrik enerjisinin həcmi açıqlanıb

Operativ Media
Laçındakı “Mişni” və “Alxaslı” KSES-lərdə istehsal olunan elektrik enerjisinin həcmi açıqlanıb
1 dəq oxu

Fəaliyyətə başladığı tarixdən bu ilin iyul ayınadək Laçın rayonunda Həkəri çayının ən böyük qolu olan Hoçaz çayı üzərində yerləşən "Mişni" kiçik su elektrik stansiyasında (KSES) 64,3 milyon kVt/saat, "Alxaslı" KSES-də isə 42,2 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.

Operativ Media xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 25 avqust 2023-cü il tarixində Laçında Hoçaz çayı üzərində 8,25 MVt gücündə "Mişni" və 6 MVt gücündə "Alxaslı" KSES istismara verilib.


Əlaqəli Xəbərlər