Menyu

Azərbaycandan 40,9 milyon dollar dəyərində alma ixrac edilib

Operativ Media
Azərbaycandan 40,9 milyon dollar dəyərində alma ixrac edilib
1 dəq oxu

Bu ilin yanvar-iyul aylarında ölkədən 40,9 milyon ABŞ dolları dəyərində 50,1 min tondan çox alma ixrac edilib.

Operativ Media Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 7 faiz artıb, həcmi isə 7,9 faiz azalıb.

Cari ilin ilk yeddi ayında almanın ümumi ixracda xüsusi çəkisi 0,21 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 0,69 faizə bərabər olub.

Əlaqəli Xəbərlər