Kürdəmir və İmişlidə yeni avtovağzal açılacaq
Operativ Media
Sentyabrın 4-dən “Azerbaijan Ground Services” MMC tərəfindən Kürdəmir və İmişli rayonlarında yeni avtovağzal xidməti təşkil ediləcək.
Operativ Media xəbər verir ki, məqsəd bu rayonlardan paytaxta və ölkənin digər şəhər və rayonlarına sərnişin daşımaları sahəsində nizamlı və qanunauyğun fəaliyyətin təmin edilməsidir.
Səfəröncəsi bütün avtobuslar texniki, sürücülər isə tibbi müayinədən keçiriləcək. Xətlərə çıxan avtobuslara real vaxt rejimində nəzarət olunacaq.
Vətəndaşlar biletləri “biletim.az” portalı üzərindən onlayn qaydada və kassalardan əldə edə bilərlər.
Yeni xidmətin təşkili sərnişin məmnunluğunun daha da artırılmasına xidmət edir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net