Menyu

Paytaxtda motosiklet və moped oğurlayan 5 nəfər saxlanılıb

Operativ Media
Paytaxtda motosiklet və moped oğurlayan 5 nəfər saxlanılıb
1 dəq oxu

Paytaxtın müxtəlif ərazilərində motosiklet və mopedlərin oğurlanması barədə polisə məlumatlar daxil olub.

DİN Mətbuat Xidmətindən Operativ Media-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Binəqədi rayonunda müxtəlif markalı 2 motosiklet, Nəsimi rayonunda isə moped oğurlamaqda şübhəli bilinən S.Rüstəmov, T.Məmmədzadə, İ.Abışzadə, A.İsmayılov və F.Sultanzadə müəyyən olunaraq saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Əlaqəli Xəbərlər