Sentyabrın 1-də müvəqqəti işlər vəkili Emi Karlon Azərbaycanın aparıcı elmi müəssisələrindən biri olan Şamaxı Astrofizika Rəsədxanasına baş çəkib.
Operativ Media xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb.
"1959-cu ildə yaradılan rəsədxana altmış ildən artıqdır ki, astronomik tədqiqatların və elmi kəşflərin mühüm mərkəzlərindən biridir.
Bu səfər Azərbaycanın zəngin elmi irsi ilə yaxından tanış olmaq imkanı yaratmaqla yanaşı, elmə maraq və kəşf etmək həvəsinin sərhəd tanımadığını bir daha xatırladıb", - məlumatda qeyd olunub.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma