Güzəştli mənzil əldə etmək istəyən vətandaşların nəzərinə!
Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2016-cı il tarixli 1113 nömrəli Fərmanına əsasən Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərindən (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.
Operativ Media xəbər verir ki, MİDA-nın yaydığı məlumata görə, yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir.
Mənzillərin satışı həm ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə nəzərdə tutulub.
İstifadəçilərə satış vaxtından ən azı bir saat əvvəl sahib olduqları gücləndirilmiş elektron imza (SİMA Token Elektron İmza (https://sima.az/az/online-signer), Asan İmza (www.asanimza.az), və ya SİMA Rəqəmsal İmza (www.sima.az/az)) vasitəsilə "Güzəştli mənzil" sisteminə daxil olmaları tövsiyə olunur. Bu, onlara müvafiq imzanın işlək vəziyyətdə olub-olmamasını öncədən müəyyən etməyə imkan yaradacaq.
Bununla yanaşı, mənzilləri güzəştli ipoteka krediti hesabına əldə etmək istəyən şəxslər mütləq “Güzəştli mənzil” sistemində öz elektron kabinetlərinə daxil olaraq “İlkin razılıq qərarı” bölməsində agent bankdan aldıqları razılıq qərarını imzaladıqlarına və həmin qərarın mənzil seçimi gününə qüvvədə olduğuna bir daha əmin olmalıdırlar. Əks halda onlar yalnız öz vəsaiti hesabına ödəniş üsulu ilə mənzil əldə etmək hüququna malik olacaqlar.
İstifadəçilər elektron kabinetin hər hansı bölməsindən (məsələn: “Satış” modulu, “Gözləmə” modulu, “Bildirişlər” bölməsi və s.) əvvəlki və ya növbəti mərhələyə keçid edərkən yalnız sistemin səhifəsində yerləşən “Geri” və ya “Əvvəlki”, “Növbəti” düymələrindən istifadə etməlidirlər. (Brauzerin “Geri” və ya “İrəli” düymələrindən istifadə etmələri tövsiyə olunmur.)




dəqiqələr içində saytın olsun.