Menyu

Expressbankda 2 yeni təyinat olub

Operativ Media
Expressbankda 2 yeni təyinat olub

Expressbankın Müştəri xidmətləri və Maliyyə departamentlərinə direktorlar təyin olunub.

Operativ Media xəbər verir ki, daha öncə Expressbankın Yasamal filialının müdiri vəzifəsində çalışan Adil Kamilov Müştəri xidmətləri departamentinin direktoru vəzifəsinə təyin olunub. Bankın Maliyyə departamentinin direktoru vəzifəsinə isə Emil Hüseynli təyin edilib.

Adil Kamilov Azərbaycan Dövlət Aqrar Universitetində İstehsalın və Xidmət Sahələrinin İqtisadiyyatı və İdarəedilməsi ixtisası üzrə bakalavr və magistr təhsili alıb. Peşəkar fəaliyyətinə 2007-ci ildən etibarən bank-maliyyə sahəsində başlayıb. 2008-ci ildən Unibank ASC-də müxtəlif vəzifələrdə çalışaraq filial müdiri vəzifəsinə yüksəlib və 2009 –2015-ci illərdə bu vəzifədə fəaliyyət göstərib. 2015-ci ildən etibarən isə “Expressbank” ASC-də filial müdiri olaraq çalışmağa başlayıb. Bankdakı fəaliyyəti ərzində Elmlər Akademiyası və Yasamal filiallarının müdiri olaraq çalışıb.

Expressbankın Maliyyə departamentinin yeni direktoru Emil Hüseynli “Akdeniz” Universitetində Biznesin təşkili və idarəedilməsi ixtisası üzrə ali təhsil alıb. O, karyerasına 2015-ci ildə “Dəmirbank” ASC-də başlayıb. Burada maliyyə nəzarəti, hesabatlıq və təhlil, büdcə və planlaşdırma, eləcə də maliyyə təhlili istiqamətlərində çalışıb.

2018-ci ildə “Expressbank” ASC-də fəaliyyətə başlayan Emil Hüseynli Bankın Maliyyə departamentində büdcə və maliyyə nəzarəti üzrə müxtəlif vəzifələrdə çalışıb. 2021-ci ildə “Kapital Bank” ASC-də analitika istiqamətində fəaliyyətini davam etdirən Emil Hüseynli həmin ildən 2026-cı ilin avqustunadək “Unibank” ASC-də Maliyyə menecmenti departamentinin Maliyyə effektivliyinin idarəedilməsi şöbəsinin müdiri vəzifəsində çalışıb.

Yeni təyinatların Bankın müştəri xidmətlərinin və maliyyə idarəetməsinin inkişafına, eləcə də strateji hədəflərinin həyata keçirilməsinə mühüm töhfə verəcəyi gözlənilir.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər