Menyu

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

Operativ Media
İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycandan İsveçrəyə 193,59 milyon ABŞ dolları dəyərində 272,5 min tondan çox xam neft və neft məhsulları ixrac olunub.

Dövlət Gömrük Komitəsindən Operativ Media-ya verilən məlumata görə,  bu, 2025-ci ilin müvafiq dövrünün göstəricilərini dəyər ifadəsində 3,6 dəfə, həcm baxımından isə 3 dəfə üstələyir.

Ümumilikdə cari ilin ilk yeddi ayında ölkədən 8,032 milyard dollar dəyərində 12,7 milyon tondan çox xam neft məhsulları ixrac edilib. Bu məhsul kateqoriyası üzrə idxalçı ölkələr sırasında İsveçrə 9-cu yerdə qərarlaşıb və ixrac həcminin 2,14 faizi bu ölkənin payına düşüb.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər