Menyu

Edin Ceko milli karyerasını başa vurur

Operativ Media
Edin Ceko milli karyerasını başa vurur

Bosniya və Herseqovina millisinin hücumçusu Edin Ceko yığmadakı karyerasını başa vuracağını açıqlayıb.

Operativ Media xəbər verir ki, 40 yaşlı forvard milli komandadakı son oyununu Millətlər Liqasında İsveçə qarşı keçirəcək. Qarşılaşma oktyabrın 2-də baş tutacaq.

Ceko sosial şəbəkə hesabında milli komandada çıxış etməyin onun üçün xüsusi əhəmiyyət daşıdığını bildirib. O, Türkiyə ilə ilk matçından bu yana təxminən 20 il keçdiyini və milli formanı geyinməkdən duyduğu qürurun heç vaxt dəyişmədiyini qeyd edib.

Bosniya və Herseqovina millisində 151 oyun keçirən Ceko 73 qola imza atıb. Onun iştirakı ilə yığma iki dəfə dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb.

Bosniya və Herseqovina 2026-cı il dünya çempionatında ilk dəfə pley-off mərhələsində mübarizə aparıb. Komanda 1/16 finalda ABŞ millisinə 0:2 hesabı ilə məğlub olub.

Klub karyerasında isə Ceko hazırda “Şalke”nin formasını geyinir. “Transfermarkt” portalı futbolçunun bazar dəyərini 1 milyon avro qiymətləndirir.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər