Azərbaycandan 81,2 milyon dollarlıq qənnadı məmulatları ixrac olunub
Operativ Media
Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixrac göstəriciləri üzrə statistikaya əsasən, 2026-cı ilin yanvar-iyul aylarında ölkədən 81,2 milyon ABŞ dolları dəyərində 129,2 min tondan çox şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları ixrac olunub.
Operativ Media Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 2,56 dəfə, həcm baxımından isə 2,9 dəfə çoxdur.
Ümumilikdə cari ilin ilk yeddi ayında ölkədən dəyəri 2,239 milyard dollardan çox təşkil edən Azərbaycan mənşəli qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2025-ci ilin müvafiq göstəricisini 20,3 faiz üstələyir. Hesabat dövründə ümumi ixracda qənnadı məmulatlarının payı 3,63 faiz təşkil edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net