Menyu

Qəzzada HAMAS-ın iki komandiri öldürülüb

Operativ Media
Qəzzada HAMAS-ın iki komandiri öldürülüb

İsrail ordusu Qəzza sektorunda həyata keçirilən hədəfli zərbələr nəticəsində HAMAS-ın silahlı qanadının iki komandirinin öldürüldüyünü bildirib.

Operativ Media xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Açıqlamaya görə, onlardan biri HAMAS-ın Xan Yunis şəhərindəki hərbi qanadının komandiri Məhəmməd Yəzuridir. İsrail ordusu onun sentyabrın 11-nə keçən gecə endirilən hədəfli zərbə nəticəsində öldürüldüyünü bildirib. Həmin zərbə zamanı HAMAS-ın eyni bölməsinin daha iki üzvünün də öldürüldüyü iddia olunur.

İsrail ordusunun məlumatına görə, Qəzza sektorunun Misirlə sərhədində yerləşən Rəfah şəhəri ərazisində keçirilən digər əməliyyat zamanı Muamən Cəbr əs-Seyid Əbu Ləbdə öldürülüb. İsrail tərəfi onun Rəfahda HAMAS-ın snayper bölməsinə rəhbərlik etdiyini bildirib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər