Menyu

İran-ABŞ arasındakı atəşkəsi pozanlar açıqlanıb

Operativ Media
İran-ABŞ arasındakı atəşkəsi pozanlar açıqlanıb

İranın hakim dairələrindəki sərt xətt tərəfdarları iyulun əvvəlində İran prezidenti Məsud Pezeşkianın xəbəri olmadan Hörmüz boğazında üç gəmiyə atəş açmaq əmri verərək ABŞ ilə atəşkəsi qəsdən pozublar.

Operativ Media xəbər verir ki, belə bir iddia ilə "The New York Times" qəzeti mənbələrə istinadən çıxış edib.

Nəşr qeyd edir ki, o, hücumlar zamanı İraqda olub. 

İslam Respublikasının prezidenti hadisədən qəzəblənib və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı general Əhməd Vəhidiyə zəng edib. Söhbət zamanı Pezeşkian yüksək səslə bu hərəkətləri ehtiyatsız adlandırıb və izahat tələb edib.

Nəşrin məlumatına görə, Vahidi prezidentə hücum əmrini vermədiyini və bundan xəbərsiz olduğunu deyib. İranın Ali Milli Təhlükəsizlik Şurasının da atəş açmaq əmri barədə heç bir məlumatı olmayıb.

NYT iddia edir ki, İslam Respublikası hökumətinin əksəriyyəti planlaşdırılan hücumdan xəbərsiz olub, ölkə rəhbərliyi daxilində yalnız marjinal, radikal bir qrup tədbir görüb. Nəşrin məlumatına görə, zərbələrin endirilməsi qərarı nüfuzlu ruhani, SEPAH-ın keçmiş rəhbəri və hazırkı Bəsic milisinin lideri Hüseyn Taeb tərəfindən verilib.

Bundan əvvəl İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komitəsinin rəhbəri İbrahim Əzizi bildirmişdi ki, Vaşinqton Tehranın şərtlərini qəbul etməyincə İslam Respublikası ABŞ ilə danışıqlar aparmayacaq.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər