Azərbaycan təmsilçisi "Sea Breeze 2026" turnirinin qalibi olub
Operativ Media
"Sea Breeze Resort" ərazisində, "Havana Beach"də keçirilən çimərlik polosu üzrə "Sea Breeze 2026" beynəlxalq turnirinin yekununda mükafatlandırma mərasimi keçirilib.
Operativ Media xəbər verir ki, mərasimdə turnirin qalibinə - Azərbaycan təmsilçisi "Elit" polo klubuna kubok və qızıl medallar təqdim olunub. İsveçrənin "Sankt Moritz" klubu gümüş, Böyük Britaniyanın "Red star" klubu isə bürünc medallarla təltif edilib.
Xatırladaq ki, finalda "Elit" "Sankt Moritz" klubunu 5-3 hesabı ilə məğlub edərək, turnirin qalibi olub. Bürünc medal uğrunda görüşdə isə "Red star" Rusiyanın "Moskva" komandasına 9-5 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, tədbirin rəsmi təşkilatçıları Azərbaycan Respublikasının Atçılıq Federasiyası və "Sea Breeze"dir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net