TDT-yə üzv ölkələrin nümayəndələri Fəxri xiyabanı ziyarət ediblər
Operativ Media
Sentyabrın 14-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin müsəlman dini idarə rəhbərləri Şurasının 7-ci Görüşünün iştirakçıları Fəxri xiyabanı ziyarət ediblər.
Operativ Media xəbər verir ki, iştirakçılar müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub, ruhuna dualar oxuyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da əziz xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb. Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarları da ziyarət edilib, üzərlərinə gül dəstələri qoyulub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net