Deputat: Ekipaj üzvlərinin sağlamlığı və yorğunluğunun tənzimlənməsi minlərlə insanın təhlükəsizliyinə təsir edir
"Beynəlxalq müstəvidə Azərbaycan bir daha öz öhdəliklərini layiqincə yerinə yetirən dövlət kimi rolunu möhkəmləndirir, beynəlxalq aviasiya sisteminə inteqrasiya olunmuş mövqeyini nümayiş etdirir. Biz aviasiya sistemində təhlükəsizliyi təmin edən ölkəyik və milli qanunvericiliyimizi beynəlxalq standartlarla harmonizə edirik".
Operativ Media xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Aviasiya haqqında” qanuna təklif olunan dəyişikliyin müzakirəsi zamanı deputat Nigar Məmmədova deyib.
"Digər tərəfdən, sosial prizmadan baxdıqda, insan amilini önə çəkirik. Ekipaj üzvlərinin sağlamlığı və yorğunluğu məsələsi beynəlxalq təcrübəyə əsaslanaraq birbaşa reyslərin təhlükəsizliyi ilə əlaqələndirilir. İş yükü, yorğunluq və ekipajın vəziyyəti nə qədər çox tənzimlənibsə, sistemləşdirilibsə və monitorinq edilirsə, bu, minlərlə insanın təhlükəsizliyinə birbaşa müsbət təsir göstərəcək.
Bu gün Azərbaycanın nəqliyyat və logistika xəritəsindəki mövqeləri günü-gündən möhkəmlənir. Heydər Əliyev Beynəlxalq Aeroportu ilə yanaşı, işğaldan azad edilmiş torpaqlarımızda və digər regionlarımızda fəaliyyət göstərən hava limanlarının regional inteqrasiyada oynadığı rolu xüsusi vurğulamalıyıq.
Nə qədər peşəkar ekipaj üzvlərinə ehtiyacımız varsa, bir o qədər də sağlam ekipaj üzvlərinə ehtiyacımız var. Çünki bu, Azərbaycan aviasiyasının rəqabətliliyini artırır, həm daxildə, həm də beynəlxalq səviyyədə aviasiyamızın nə qədər sağlam və etibarlı olduğunu göstərir. Bunun üçün də ekipaj üzvlərimizin fiziki və psixoloji sağlamlığı, eləcə də təhlükəsizliyi çox vacibdir", - deyə o, qeyd edib.
dəqiqələr içində saytın olsun.