Menyu

Bakıda basketbol məşqçiləri üçün seminar və imtahan təşkil olunub

Operativ Media
Bakıda basketbol məşqçiləri üçün seminar və imtahan təşkil olunub
1 dəq oxu

12–13 sentyabr tarixlərində Bakı İdman Sarayında Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə B və C kateqoriyaları üzrə məşqçilik seminarı və imtahanlar keçirilib.

Operativ Media xəbər verir ki, sentyabrın 12-də Bedri Meriç, Polad Həsənov və Yusuf Kayan tərəfindən keçirilən seminarda məşqçilik fəaliyyətinin müxtəlif istiqamətləri üzrə nəzəri və praktiki məlumatlar təqdim olunub, iştirakçılarla peşəkar təcrübə bölüşülüb.

Sentyabrın 13-də iştirakçılar üçün yazılı və praktiki imtahanlar təşkil olunub. İmtahanlar məşqçilik kateqoriyası olmayan şəxslərin C kateqoriyası əldə etməsi, C kateqoriyasına malik məşqçilərin isə B kateqoriyasına yüksəlməsi məqsədilə keçirilib.

Fotogalereya

Əlaqəli Xəbərlər