Menyu

Qırmızı işıqda yolayrıcına daxil olan skuter avtomobillə toqquşub - VİDEO

Operativ Media
Qırmızı işıqda yolayrıcına daxil olan skuter avtomobillə toqquşub - VİDEO

Hadisədən 10 saniyə əvvəl də eyni qaydanı pozur, lakin yol boş olduğundan təhlükə qəzasız ötüşür. Bir neçə saniyə əvvəl təsadüf onları qəzadan qorumuşdusa, bu dəfə üzərində sərnişinlə svetoforun qırmızı işığında keçən həmin skuteri avtomobil vurur.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Operativ Media-ya verilən məlumata görə, müşahidə kameraları tərəfindən paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsi ilə Mirzağa Əliyev küçəsinin kəsişməsində qeydə alınan bu görüntülər bir həqiqəti açıq şəkildə göstərir: yol hərəkətində “bu dəfə heç nə olmadı” düşüncəsi növbəti dəfə də heç nə olmayacağı anlamına gəlmir.

Dəfələrlə deyildiyi kimi, kiçik elektrik nəqliyyat vasitəsinin sürücüləri bilməlidirlər ki, digər nəqliyyat vasitələri kimi onlar da svetoforun siqanallarının tələblərinə əməl etməli və skuterlə sərnişin daşımamalıdırlar. Eyni zamanda ümumi istifadədə olan avtomobil yollarında yolun sağ kənar zolağından başqa, digər zolaqlarla hərəkət etmək qadağandır.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər