Menyu

Kosta: Aİ Arktikada hərbi xərcləri artıracaq

Nicat Hüseynli
Kosta: Aİ Arktikada hərbi xərcləri artıracaq
1 dəq oxu

Avropa İttifaqı Arktikada təhlükəsizlik və müdafiə sahəsinə ayırdığı vəsaiti artıracaq.

Operativ Media xəbər verir ki, bu barədə Avropa Şurasının Prezidenti Antonio Kosta Aİ-nin Arktika Sammitində məlumat verib.

Kosta qeyd edib ki, dəyişən geosiyasi reallıq Aİ-nin növbəti uzunmüddətli büdcəsində öz əksini tapacaq və Arktika regionuna daha çox sərmayə qoyulacaq.

O, həmçinin Aİ ilə Arktika ölkələri və onların Avropadan kənardakı müttəfiqləri arasında koordinasiyanın gücləndirilməsinin vacibliyini vurğulayıb.

Əlaqəli Xəbərlər