Menyu

Türkiyə Yunanıstanın Anadolu ilə bağlı bəyanatlarını rədd edib

Nicat Hüseynli
Türkiyə Yunanıstanın Anadolu ilə bağlı bəyanatlarını rədd edib
1 dəq oxu

Türkiyə Yunanıstan rəsmilərinin Anadolunun işğalı ilə bağlı bəyanatlarını əsassız adlandıraraq rədd edib və Afinanı təmkinli olmağa çağırıb.

Operativ Media xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Türkiyə tərəfi Yunanıstanın həmin dövrdə Anadoluda mülki əhaliyə qarşı kütləvi qırğınlar və dağıntılar törətdiyini bildirib.

Qeyd olunub ki, Lozanna Sülh Müqaviləsinin 59-cu maddəsində Yunanıstanın törətdiyi əməllər pislənib və tərəfin təzminat ödəməsi nəzərdə tutulub.

Əlaqəli Xəbərlər