Menyu

Kreditdən təyinatı üzrə istifadə etməmək hansı məsuliyyəti yaradır?

Xəbərlər redaksiyası
Kreditdən təyinatı üzrə istifadə etməmək hansı məsuliyyəti yaradır?

Təşkilat rəhbərləri və fərdi sahibkarların kredit almaq üçün təsərrüfat və ya maliyyə vəziyyəti barədə bilərəkdən yalan məlumat verməsi və ya götürülmüş kreditdən təyinatı üzrə istifadə etməməsi ciddi maliyyə məsuliyyəti yaradır.

Operativ Media xəbər verir ki, belə hallarda inzibati xəta nəticəsində vurulmuş ziyanın və ya əldə edilmiş gəlirin iki mislindən dörd mislinədək məbləğdə cərimə tətbiq edilir.

Məsuliyyət təşkilatın rəhbərinə və ya fərdi sahibkara şamil olunur.

Cərimə kreditin, güzəştli şərtlərlə kreditin və ya məqsədli dövlət kreditinin alınması zamanı təşkilatın və ya fərdi sahibkarın təsərrüfat və maliyyə vəziyyəti barədə bilə-bilə yalan məlumat verildiyi hallarda tətbiq edilə bilər.

Həmçinin kreditin əldə edildikdən sonra təyinatı üzrə istifadə edilməməsi də inzibati məsuliyyətə səbəb olur.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər