Menyu

Laçında müğənni qardaşını qətlə yetirən şəxsə hökm oxunub

Operativ Media
Laçında müğənni qardaşını qətlə yetirən şəxsə hökm oxunub

Qardaşını qətlə yetirməkdə təqsirləndirilən Xasay Quliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Operativ Media xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən məhkəmə prosesində hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Xasay Quliyev 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, hadisə 2025-ci il avqustun 12-də Laçın rayonu ərazisində baş verib.

Hadisə zamanı Səfər Quliyev ailə münaqişəsi zəminində ov tüfəngi ilə qətlə yetirilib.

Polis cinayət əməlini törətməkdə şübhəli bilinən, Səfər Quliyevin qardaşı, 1973-cü il təvəllüdlü Xasay Quliyevi saxlayaraq istintaqa təhvil verib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər