Menyu

Valdas Dambrauskas: Rəhmana qarşı edilənlər tənqid yox, açıq hörmətsizlikdir

Operativ Media
Valdas Dambrauskas: Rəhmana qarşı edilənlər tənqid yox, açıq hörmətsizlikdir

Azərbaycan Premyer Liqasının V turunda səfərdə “Şəfa”ya 3:0 hesabı ilə qalib gələn “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas matçdan sonra keçirilən mətbuat konfransında medianın suallarını cavablandırıb.

Operativ Media xəbər verir ki, litvalı mütəxəssis ilk növbədə qarşılaşma barədə təəssüratlarını bölüşüb:

– Çempionlar Liqası kimi böyük bir turnirdən, “Old Trafford” kimi nəhəng bir stadiondan sonra gəlib bura köklənmək asan deyil. Amma futbolçularımın yanaşmasından çox razı qaldım. Heyətdə 6 rotasiya etmişdik, Mançesterdə ilk “11-lik”də başlayan 5 oyunçumuz bu gün də meydanda idi. Oyuna intensiv başladıq, birinci hissədə iki qol vurduq və başqa fürsətlərimiz də oldu. Bununla belə, “Şəfa” da yaxşı oyun planı ilə qarşımıza çıxdı və təqdirəlayiq mübarizə apardı. Birinci hissədə etdiyimiz bəzi səhvləri, “Old Trafford”dakına bənzər şəkildə rəqibə topu saxlamağa imkan verməyimizi və qapımıza ard-arda zərbələr endirilməsini bəyənmədim. İkinci yarıya daha yaxşı başladıq, topa nəzarət etdik pressinqlə topu tez geri qaytardıq. Artıq bu qələbəni unudub şənbə günü olan matça köklənməliyik.

– Rəhman Daşdəmirovun “Mançester Yunayted”lə oyundan sonra tənqid olunmasına münasibətiniz necədir?

– Onu tənqid edənləri heç başa düşmürəm. Əvvəllər yerli futbolçuların oynamamasından gileylənirdilər. İndi azərbaycanlı bir oyunçu “Old Trafford”da, Çempionlar Liqasında “Sabah”ı və ölkəsini təmsil edir. Ona hörmətlə yanaşmaq lazımdır. Rəhman ölkənin ən yaxşı 3 futbolçusundan biridir. Ötən mövsüm çempionluq yaşayıb, kubok qazanıb və 33 oyunluq məğlubiyyətsizlik seriyasına imza atan komandanın əsas üzvüdür. Azərbaycanı Çempionlar Liqasında təmsil edən ikinci klubun futbolçusunu bu cür tənqid etməyi qəbul etmirəm. Bu tənqid yox, açıq hörmətsizlikdir. Bənzər sözlər bizə təsir etmir, işimizə fokuslanmışıq.

– Yunes Laşaabın Çempionlar Liqası iştirakçı siyahısına salınmamasının səbəbi nədir?

– Bu suala dəfələrlə cavab vermişəm. Çempionlar Liqasında müəyyən kvota var. 25 oyunçudan maksimum 17-si əcnəbi ola bilər, qalanları yerli oyunçulardır. Kənarda qalan legionerlərdən biri də Yunes oldu. Çünki hamısını sifariş etmək imkanımız yox idi. Amma daxili çempionatda rotasiyalar etmək üçün bütün futbolçularımız bizim üçün vacibdir.

– Çempionatda 4 oyuna 11 qol vurub, qol buraxmamısınız. Komandanın bu stabilliklə davam etməyə gücü çatacaq?

– Onu zaman göstərəcək, biz oyundan-oyuna irəliləyirik. Geniş və böyük potensiala malik heyətim var. Uğur üçün çox çalışan, zəhmətkeş oyunçularla işlədiyim üçün şadam. Amma 3 cəbhədə mübarizənin necə alınacağını yalnız zaman göstərəcək. (Futbolpress)

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər