Menyu

Azərbaycan cüdoçuları Slovakiyada təlim düşərgəsinə qatılıblar

Operativ Media
Azərbaycan cüdoçuları Slovakiyada təlim düşərgəsinə qatılıblar
1 dəq oxu

Cüdo üzrə Azərbaycan milli komandasının üzvləri Slovakiyanın paytaxtı Bratislavada Olimpiya Təlim Düşərgəsinə qatılıblar.

Operativ Media ACF-ə istinadən xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçirilən düşərgədə cüdoçularımız müxtəlif ölkələrin idmançıları ilə birgə məşqlər keçirlər.

Sentyabrın 18-də başa çatacaq təlim düşərgəsi 4–11 oktyabr tarixlərində Bakıda keçiriləcək dünya çempionatına hazırlıq məqsədi daşıyır.

Əlaqəli Xəbərlər