Menyu

ABŞ "VTB Bank"a sanksiya tətbiq edib

Operativ Media
ABŞ "VTB Bank"a sanksiya tətbiq edib

ABŞ Rusiyanın ən böyük maliyyə qurumlarından biri olan VTB Banka İrana qarşı sanksiyalardan yayınmasına və terrora dəstəyini davam etdirməsinə kömək etdiyi üçün sanksiya tətbiq edib.

Operativ Media xəbər verir ki, ABŞ tərəfi VTB Bankın İranda ofislər açmasını, sanksiya tətbiq olunan İran maliyyə institutları ilə bank əlaqələri qurmasını və milyardlarla dollar dəyərində İran aktivlərinin köçürülməsinə yardım etdiyi bildirib.

ABŞ bildirib ki, İran rejiminin terroru maliyyələşdirməsinə, regionda sabitliyi pozmasına və ABŞ-ın iqtisadi təhlükəsizliyinə təhdid yaratmasına imkan verən maliyyə kanallarının qarşısının alınması davam etdiriləcək.

Vaşinqton digər hökumət və maliyyə qurumlarına da xəbərdarlıq edib. Bildirilib ki, İrana sanksiyalardan yayınmaqda yardım göstərən tərəflər ABŞ-ın maliyyə məhdudiyyətləri də daxil olmaqla ciddi nəticələrlə üzləşəcək.

ABŞ İran rejimini təcrid etmək üçün diplomatik və iqtisadi vasitələrdən istifadəni davam etdirəcəyini açıqlayıb.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər