Menyu

Dünya ikincisi olmuş Azərbaycan gimnastları vətənə qayıdıblar

Operativ Media
Dünya ikincisi olmuş Azərbaycan gimnastları vətənə qayıdıblar

11–13 sentyabr tarixlərində İspaniyanın Pamplona şəhərində keçirilən aerobika gimnastikası üzrə Dünya çempionatında Azərbaycan gimnastları uğurlu nəticə göstəriblər.

Operativ Media xəbər verir ki, ölkəmizi qarışıq cütlük proqramında təmsil edən Mədinə Mustafayeva və Vladimir Dolmatov final mərhələsində 19.600 xal toplayaraq gümüş medal qazanıblar. Gimnastlarımız cəmi 0,1 xal fərqlə Dünya çempionatının ikinci pilləsində qərarlaşıblar.

Qarışıq cütlük proqramında 19.700 xal toplayan Dünya Gimnastikasının bayrağı altında çıxış edən gimnastlar qızıl, 19.600 xal toplayan Azərbaycan cütlüyü gümüş, İtaliya təmsilçiləri isə 19.600 xal nəticə ilə bürünc medal qazanıblar.

Avropa çempionu olan Mədinə Mustafayeva və Vladimir Dolmatov təsnifat mərhələsində 19.050 xal toplayaraq finala yüksəliblər. Finaldakı inamlı çıxışları ilə fəxri kürsünün ikinci pilləsində qərarlaşan gimnastlarımız bununla da Dünya çempionatında qarışıq cütlük proqramında ikinci gümüş medallarını qazanıblar. Cütlük ilk gümüş medalını 2024-cü ildə keçirilən Dünya çempionatında əldə edib.

Dünyanın ən güclü aerobika gimnastlarını bir araya gətirən mötəbər yarışda 38 ölkədən 350-dən çox gimnast mübarizə aparıb.

Mədinə Mustafayeva və Vladimir Dolmatovun ardıcıl iki Dünya çempionatında gümüş medal qazanması Azərbaycan aerobika gimnastikasında əldə olunan nəticələrin davamlı xarakter daşıdığını və bu idman növünün ölkəmizdə inkişaf etdiyini bir daha nümayiş etdirir. Avropa çempionu olan cütlüyün dünya səviyyəli yarışda növbəti dəfə fəxri kürsüdə yer alması Azərbaycanın aerobika gimnastikasında beynəlxalq mövqeyinin möhkəmləndiyini göstərən əlamətdar nəticədir.

Dünya çempionatında qazandıqları gümüş medalla ölkəmizi sevindirən Mədinə Mustafayeva və Vladimir Dolmatov bu gün vətənə qayıdıblar.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər