Menyu

"Qalatasaray" və "Fənərbaxça"nın sabiq futbolçusu "Aris"ə keçib

Operativ Media
"Qalatasaray" və "Fənərbaxça"nın sabiq futbolçusu "Aris"ə keçib
1 dəq oxu

Kipr təmsilçisi “Aris” portuqaliyalı yarımmüdafiəçi Bruma ilə müqavilə imzalayıb.

Operativ Media xəbər verir ki, 31 yaşlı futbolçu ilə 2027-ci il iyunun 30-dək qüvvədə olacaq sözləşmə imzalanıb.

Bruma “Aris”ə “Benfika”dan azad agent kimi keçib. O, 2025/26 mövsümündə Portuqaliya klubunun heyətində 4 matçda meydana çıxıb və məhsuldar fəaliyyətlə yadda qalmayıb.

Karyerası ərzində “Braqa”, “Fənərbaxça”, PSV, “Olimpiakos”, “Leypsiq”, “Qalatasaray”, “Real Sosyedad” və “Sportinq” klublarında çıxış edən futbolçu Portuqaliya millisində 12 oyuna 2 qol vurub.

"Transfermarkt" Brumanın transfer dəyərini 3 milyon avro qiymətləndirir.

Əlaqəli Xəbərlər