Bu gün uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin uşaq evi sosial xidmət müəssisələrindən bu gün 39 uşaq birinci sinfə gedir.
Operativ Media xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, uşaqların təhsilə cəlb olunması, onların sosial həyata inteqrasiyası və hərtərəfli inkişafı üçün əlverişli şəraitin yaradılması sosial xidmətlərin əsas istiqamətlərindəndir. Sosial Xidmətlər Agentliyi müəssisələrdə yaşayan uşaqların təhsil hüquqlarının təmin olunması, onların məktəbə hazırlığı və təhsil prosesinə uyğunlaşması istiqamətində mütəmadi tədbirlər həyata keçirir.
Hazırda Agentliyin uşaq evi sosial xidmət müəssisələrində valideyn himayəsindən məhrum olan 476 uşaq yaşayır.
dəqiqələr içində saytın olsun.