“Araz-Naxçıvan” 150 qol vuran 26-cı komanda olub
Operativ Media
“Araz-Naxçıvan” Azərbaycan çempionatlarının yüksək dəstəsində 150-ci qolunu vurub.
Operativ Media PFL-ə istinadən xəbər verir ki, yubiley Azərbaycan Premyer Liqasının V turuna təsadüf edib. “Turan Tovuz”un futbolçusu Emmanuel Hakmanın avtoqolu Naxçıvan təmsilçisi üçün 150-ci olub.
2:2 hesabı ilə başa çatan görüşdə daha bir dəfə fərqlənən komanda 152-ci oyununda qol sayını 151-ə də çatdırıb. Bunlardan 80-i evdə, 71-i səfərdə qeydə alınıb.
“Araz-Naxçıvan” turnirin tarixində 150 və daha çox qol vuran 26-cı komanda olub. Klub tarixində yüksək dəstədəki ilk qol 2000/01 mövsümünə təsadüf edib. 2000-ci il avqustun 20-də İlham Allahyarov fərqlənib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net