Burhanəddin Duran: Türk dünyasında media əməkdaşlığı strateji əhəmiyyət daşıyır
“Türk Dünyasının Dialoqları: Ortaq Gələcək, Ortaq Vizyon” adlı paneldə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri, professor Dr. Burhanəddin Duran video mesajla çıxış edib.
Operativ Media xəbər verir ki, Burhanəddin Duran Türk dünyasında müxtəlif sahələrdə inkişaf etdirilən tərəfdaşlıqların böyük potensialın göstəricisi olduğunu bildirib.
Onun sözlərinə görə, media və kommunikasiya sahəsində əməkdaşlıq da strateji əhəmiyyət daşıyır.
“Dezinformasiya, nifrət nitqi və rəqəmsal manipulyasiya cəmiyyətlərimizin dinc həyatına, qurumlarımıza olan inama və ölkələrimiz arasındakı həmrəyliyə birbaşa təsir göstərir”, – deyə Duran qeyd edib.
O, Türk dövlətləri arasında media və kommunikasiya sahəsində əməkdaşlığın gücləndirilməsinin, məlumat və təcrübə mübadiləsinin artırılmasının və birgə platformaların yaradılmasının vacibliyini vurğulayıb.
Duran həmçinin ortaq dilin, mədəni irsin və sivilizasiya təcrübəsinin rəqəmsal dünyada daha görünən hala gətirilməsinin əhəmiyyətini qeyd edib.
dəqiqələr içində saytın olsun.