Menyu

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri bu ay Nyu-Yorkda görüşə bilər

Operativ Media
Azərbaycan və Ermənistanın xarici işlər nazirləri bu ay Nyu-Yorkda görüşə bilər

Ermənistan və Azərbaycan xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov bu ay Nyu-Yorkda görüşəcəklər.

Operativ Media xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri yerli mediaya bildirib.

Görüşün gündəliyi barədə əlavə təfərrüat verməyən Mirzoyan qeyd edib ki, təmaslar BMT Baş Assambleyasının sessiyası çərçivəsində baş tutacaq.

BMT Baş Assambleyasının 81-ci sessiyası sentyabrın 8-də Nyu-Yorkda işə başlayıb.

İki ölkənin xarici işlər nazirləri arasında son görüş sentyabrın əvvəlində Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində keçirilib. Görüşdən sonra Bayramov Mirzoyanla bir sıra məsələlər barədə fikir mübadiləsi apardıqlarını və yaxın gələcəkdə yenidən görüşəcəklərini açıqlayıb.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər