Menyu

Azərbaycanda bəzi məhkəmə işlərində hakim təkbaşına qərar verə biləcək

Operativ Media
Azərbaycanda bəzi məhkəmə işlərində hakim təkbaşına qərar verə biləcək

Azərbaycanda bəzi məhkəmə işlərində hakim təkbaşına qərar verə biləcək.

Operativ Media xəbər verir ki, bu barədə Mülki Prosessual Məcəlləyə dəyişiklik təklif edilir.

Sənəd Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Belə ki, mövcud qanunvericiliyə görə, apellyasiya qaydasında işlərə sədrlik edənin və digər iki hakimin, kassasiya qaydasında isə sədrlik edənin, iki və ya daha çox hakimin iştirakı ilə baxılır.

Layihəyə isə qeyd olunur ki, apellyasiya qaydasında işlərə sədrlik edənin (məruzəçi) və digər iki hakimin, kassasiya qaydasında isə sədrlik edənin (məruzəçi), iki və ya daha çox hakimin iştirakı ilə baxılır. İşi mahiyyəti üzrə həll etməyən məhkəmə aktlarından verilmiş apellyasiya şikayətlərinə, habelə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlərlə bağlı çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayətlərinə hakim tərəfindən təkbaşına baxılacaq.

Bildirilib ki, hazırkı qanunvericiliyə görə apellyasiya şikayətlərinə apellyasiya instansiyası məhkəmələrində 3 hakimdən ibarət tərkibdə baxılır. Təklif edilən dəyişikliklər fonunda məhkəmələrdəki iş yükünün həddən artıq çoxluğunu nəzərə alıb işi mahiyyəti üzrə həll etməyən qərardadlara, həmçinin kiçik iddialara dair işlər üzrə qətnamələrə apelyasiya icraatında hakim tərəfindən təkbaşına baxılması, bir tərəfdən vaxta qənaət prinsipi ilə uzlaşaraq hakimlərin vaxtdan daha səmərəli istifadə etmələrinə imkan yaradır, digər tərəfdən məhkəmələrin təcili münasibət bildirilməsi lazım olan məsələləri daha çevik və operativ formada həll etməsinə şərait yaratmış olur.

Mülki Prosessual Məcəllədə yazılı icraat qaydasında baxılmalı olan işlərin siyahısı genişləndirilərək prosessual müddətlərin bərpası barədə, xarici dövlətin məhkəmə qətnaməsinin məcburi icrası barədə, xarici dövlətin məhkəmə qətnaməsinin tanınmasına qarşı işdə iştirak edən şəxsin etirazına, xarici arbitraj məhkəmələrinin qərarlarının tanınması və icrası barədə ərizələrə hazırkı qaydadan fərqli olaraq yazılı icraat, Mülki Prosessual Məcəllədə yazılı icraat qaydasında baxılmalı olan işlərin siyahısı genişləndirilərək prosessual müddətlərin bərpası barədə, xarici dövlətin məhkəmə qətnaməsinin məcburi icrası barədə, xarici dövlətin məhkəmə qətnaməsinin tanınmasına qarşı işdə iştirak edən şəxsin etirazına, xarici arbitraj məhkəmələrinin qərarlarının tanınması və icrası barədə ərizələrə hazırkı qaydadan fərqli olaraq yazılı icraat qaydasında baxılması təklif edilir. Əvvəlki abzasda qeyd etdiyimiz vaxta qənaət prinsipi, məhkəmələrin çevik və operativ fəaliyyəti bu dəyişikliklər üçün də keçərlidir.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər