Menyu

Nazir: Azərbaycan-Türkiyə münasibətləri iki ölkə liderlərinin müəyyən etdiyi hədəflər istiqamətində inkişaf edir

Nərmin Qocamanlı
Nazir: Azərbaycan-Türkiyə münasibətləri iki ölkə liderlərinin müəyyən etdiyi hədəflər istiqamətində inkişaf edir
1 dəq oxu

Azərbaycan-Türkiyə münasibətləri iki ölkə liderlərinin müəyyən etdiyi hədəflər istiqamətində inkişaf edir.

Operativ Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin xarici işlər naziri Hakan Fidanla birgə mətbuat konfransında deyib.

C.Bayramov bildirib ki, xüsusilə iki ölkə liderlərinin imzaladığı Şuşa Bəyannaməsində əks olunan müddəalar Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Nazirin sözlərinə görə, 2025-ci və 2026-cı illərə nəzər saldıqda, Azərbaycan və Türkiyə prezidentlərinin qarşılıqlı səfərləri və görüşləri iki ölkə arasındakı xüsusi münasibətlərin göstəricisidir.

Əlaqəli Xəbərlər