Menyu

Ceyhun Bayramov: Azərbaycan - Türkiyə arasında ticarət dövriyyəsi son illərdə əhəmiyyətli dərəcədə artıb

Nərmin Qocamanlı
Ceyhun Bayramov: Azərbaycan - Türkiyə arasında ticarət dövriyyəsi son illərdə əhəmiyyətli dərəcədə artıb
1 dəq oxu

Azərbaycan-Türkiyə arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi çox vacibdir.

Operativ Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin birgə mətbuat konfransında deyib.

Ceyhun Bayramov iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişaf etdiyini bildirib.

O qeyd edib ki, Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsi son illərdə əhəmiyyətli dərəcədə artıb.

Nazirin sözlərinə görə, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 500 milyon dollar olub. Sonrakı dövrdə bu göstəricidə əhəmiyyətli artım müşahidə edilib.

2026-ci ilin ilk 8 ayında iki ölkə arasındakı ticarət dövriyyəsi 3,2 milyard dollardan çox olub.

Əlaqəli Xəbərlər