Menyu

Nazir Azərbaycan istehsalı olan avtomobillərin Avropaya daşınmasında Türkiyənin iştirakını qeyd edib

Nərmin Qocamanlı
Nazir Azərbaycan istehsalı olan avtomobillərin Avropaya daşınmasında Türkiyənin iştirakını qeyd edib

Azərbaycan-Türkiyə arasında həyata keçirilən layihələr iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır.

Operativ Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin xarici işlər naziri Hakan Fidanla birgə mətbuat konfransında deyib.

C.Bayramov bildirib ki, iki ölkə arasında böyük iş dövrü var və hazırkı mərhələdə böyük investisiya və potensiala malik növbəti layihələrə yönəlmək üçün imkanlar mövcuddur.

Nazir iki ölkə arasında həyata keçirilən işlər sırasında Azərbaycan istehsalı olan avtomobillərin Avropaya aparılması və bu layihədə Türkiyənin iştirakını da qeyd edib.

O, Naxçıvan və Türkiyə ilə bağlı yeni enerji layihəsinin də xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

C.Bayramov qeyd edib ki, layihələrin icrası yaxın illərdə iki ölkənin iştirakı ilə yeni imkanlar yaradacaq.

Nazir nəqliyyat sahəsində görülən işlərə də toxunaraq bildirib ki, layihələrin genişləndirilməsi, eləcə də Ələt limanının inkişafı istiqamətində aparılan işlər böyük layihələrdir.

Onun sözlərinə görə, Transxəzər keçidi və dəhlizin inkişafı yalnız iki ölkə arasında deyil, Avropa ilə Asiyanı birləşdirən genişmiqyaslı layihə kimi qiymətləndirilir.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər