Menyu

Nazir: Azərbaycan COP31 sədrliyi dövründə Türkiyəyə böyük dəstək verir

Nərmin Qocamanlı
Nazir: Azərbaycan COP31 sədrliyi dövründə Türkiyəyə böyük dəstək verir
1 dəq oxu

Azərbaycan COP31 sədrliyi dövründə Türkiyəyə böyük dəstək göstərir.

Operativ Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin birgə mətbuat konfransında deyib.

Ceyhun Bayramov bildirib ki, Azərbaycan COP29 sədrliyi dövründə əldə etdiyi təcrübə əsasında Türkiyənin COP31 sədrliyinə dəstək göstərəcək.

Nazirin sözlərinə görə, Azərbaycan və Türkiyə müxtəlif platformalarda yüksək səviyyədə əməkdaşlıq edir. O qeyd edib ki, COP prosesi çərçivəsində də iki ölkə arasında əməkdaşlığın davam etdirilməsi və təcrübə mübadiləsi mühüm əhəmiyyət daşıyır.

Əlaqəli Xəbərlər