Menyu

Hakan Fidan: Türkiyə İranla bağlı mövcud mübahisənin tezliklə diplomatik yollarla həllini istəyir

Nərmin Qocamanlı
Hakan Fidan: Türkiyə İranla bağlı mövcud mübahisənin tezliklə diplomatik yollarla həllini istəyir

Türkiyə İranla bağlı mövcud mübahisənin tezliklə diplomatik yollarla həllini istəyir.

Operativ Media xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin birgə mətbuat konfransında deyib.

O bildirib ki, İranın təhlükəsizliyi, sabitliyi və rifahı regiona birbaşa təsir göstərir.

“Son dövrdə artan qarşılıqlı hücumlar sülh səylərinə ciddi mane olur. Bölgədə gərginlik yaradan bu əməllərə dərhal son qoyulmalıdır. Eyni zamanda, təhlükəsiz, fasiləsiz və sərbəst keçidlərə imkan verilməlidir”, – deyə Hakan Fidan qeyd edib.

Nazirin sözlərinə görə, böhranın həlli, bölgədə sülh və təhlükəsizliyin təmin olunması üçün xoşməramlı tərəflərlə təmaslar fasiləsiz davam etdirilir.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər