Menyu

Türkiyə XİN rəhbəri: Qara dənizdə gərginliyin artması dəniz və ətraf mühit təhlükəsizliyinə ciddi zərər vurur

Nərmin Qocamanlı
Türkiyə XİN rəhbəri: Qara dənizdə gərginliyin artması dəniz və ətraf mühit təhlükəsizliyinə ciddi zərər vurur

Qara dənizdə gərginliyin artması bölgənin dəniz və ətraf mühit təhlükəsizliyinə ciddi zərər vurur.

Operativ Media xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin birgə mətbuat konfransında deyib.

Fidan bildirib ki, Qara dənizdəki hadisələr nəticəsində Azərbaycan vətəndaşı olan dənizçilər də həyatını itirib.

“Azərbaycan vətəndaşı olan dənizçilərimiz də həyatlarını itirdilər. Həyatını itirən dənizçilərimizin yaxınlarına başsağlığı və səbir diləyirəm. Müharibənin Qara dənizdə də yayılması, vətəndaşlarımızın həyatını və şirkətlərimizin fəaliyyətini təhdid etməsi qəbul edilə bilən vəziyyət deyil”, - deyə o bildirib.

Türkiyənin xarici işlər naziri qeyd edib ki, bu məsələ ilə bağlı tərəflərə lazımi xəbərdarlıqlar edilir.

O bildirib ki, lazımi siyasi iradənin ortaya qoyulması və xoş niyyət göstərilməsi halında məsələnin həlli istiqamətində böyük razılaşmanın əldə olunması mümkündür.

“Bunun üçün bütün tərəfləri bir araya gətirmək məqsədilə son dövrdə səylərimizi artırırıq. İnşallah, bu istiqamətdə lazımi səyləri göstərməyə davam edəcəyik”, - deyə Fidan qeyd edib.

Nazir vurğulayıb ki, Türkiyə bundan sonra da sülh naminə səylərini davam etdirəcək.

Fidan Türkiyə-Azərbaycan qardaşlığının türk dünyasının, Cənubi Qafqazın və daha geniş coğrafiyanın sabitliyinə töhfə verməyə davam edəcəyinə inandığını bildirib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər