Menyu

Hakan Fidan: Orta Dəhlizin həyata keçirilməsində Azərbaycan, Gürcüstan və Türkiyənin böyük rolu var

Nərmin Qocamanlı
Hakan Fidan: Orta Dəhlizin həyata keçirilməsində Azərbaycan, Gürcüstan və Türkiyənin böyük rolu var

Orta Dəhlizin həyata keçirilməsində Azərbaycan, Gürcüstan və Türkiyənin böyük rolu var.

Operativ Media xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin birgə mətbuat konfransında deyib.

O bildirib ki, Orta Dəhliz qlobal ticarət üçün vacibdir. Eyni zamanda, bu layihə türk dünyasının bir-birinə çıxışını təmin etmək baxımından da əhəmiyyət daşıyır.

Hakan Fidan qeyd edib ki, Orta Dəhlizin əsas hissələrindən biri Qars dəmir yoludur.

Nazirin sözlərinə görə, Qars dəmir yolu ilə bağlı işlər xeyli tamamlanıb və hazırda tikinti işləri davam edir.

“Qars dəmir yolunda işlər 2029-cu ilin sonunda bitəcək. Bununla Azərbaycan və Türkiyə arasında fasiləsiz nəqliyyat əlaqəsi mümkün olacaq”, – deyə Hakan Fidan bildirib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər